Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DYP əməkdaşı yoxa çıxıb-Rəsmi
DYP əməkdaşı yoxa çıxıb-Rəsmi
04 Fevral 2017 / 12:14 / Baxış sayı: 1214
Font1 Font2 Font3 Font4

Vətəninfo.az-a ötən gün “DYP əməkdaşı yoxa çıxsı” başlıqlı yaydığı xəbərlə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı sorğuya cavab verilib.

Cavabda deyili: Məsələ ilə bağlı ” Vətəninfo.az”ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidməti olaraq bildiririk ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili İdarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib. Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yaydığımız xəbərddə vurğulanırdı ki,Bakı şəhər Dövlət Yol Polisinin növbətçi hissənin rəisinin sürücüsü Əliş Kərimov DYP əməkdaşı yoxa çıxıb. Məlumata görə sürücü idarə etdiyi 460 nömrəli DYP-nə məxsus avtomobildən yoxa çıxıb. “Əlişka” ləqbiləqəbi ilə çağrılan bu DYP əməkdaşı daha çox sürücülərə divan tutan şəxs kimi tanındığı iddia edilir və onun Bakı şəhər DYP-nin Alay Komandiri Rəşadət Babayevlə yaxın olduğu da iddia edilir. Məlumatı dəqiqləşdirmək üçün Bakı Şəhər Dövlət Yol Polisinin İçtimayyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif əsədovla əlaqə saxladıq. Vaqif Əsədov bildirdi ki, onda bu haqda hər hansı bir məlumat yoxdur. Məlumatı dəqiqləşdirmək istəyirsinizsə DİN-nin mətbuat xidməti ilə əlaqə saxlayın.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə