Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran-ABŞ münasibətləri gərginləşir
İran-ABŞ münasibətləri gərginləşir
04 Fevral 2017 / 12:07 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4

Azərbaycanın cənub qonşusu meydan oxudu

ABŞ-la İran arasında münasibətlər son açıqlamalardan sonra yenidən gərginləşməyə başlayıb. İstiPress-in “Hürriyət”ə istinadla verdiyi məlumata görə, sanksiyalar tətbiq ediləcəyi açıqlandıqdan sonra amerikalı müdafiə naziri Ceyms Mattisin İranı terrorçuların ən böyük sponsoru adlandırması rəsmi Tehranı qəzəbləndirib.

İran bu gün keçiriləcək İnqilab keşikçiləri təlimlərində yeni raket sınağını reallaşdırılacağını açıqlayıb.

Təlimlərdə İran istehsalı olan radar, raket və kiber savaş sistemləri ilə yanaşı komandan, nəzarət məntəqələrinin də istifadə ediləcəyini açıqlanıb.

Qeyd edək ki, iki ölkə arasında gərginlik ötən həftə İranın ballistik raket sınağından sonra daha da gərginləşmişdi. ABŞ prezidenti Donald Tramp, rəsmi “Tvitter” hesabından paylaşdığı bir mesajda, “İran odla oynayır” ifadəsini işlədib. O, İranın həftə sonu reallaşdırdığı ballistik raket sınağına cavab olaraq belə bəyanat səsləndirib. Tramp, atdığı tvitdə bildirib ki, o, İrana qarşı, sələfi Barak Obama qədər “nəzakətli” olmayacaq.

Bu kəskin bəyanata cavab olaraq isə İranda ABŞ-ın şirkət və iş adamlarına sanksiyalar tətbiq ediləcəyi açıqlanıb. Bu barədə Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd olunur.

“ABŞ-ın İran əleyhinə qeyri-qanuni addımlarına cavab olaraq bölgədə terrorçu qruplara və müdafiəsiz insanlara qarşı cinayət törədənlərə kömək edən şəxs və şirkətlərə sanksiya tətbiq olunacaq. Bu şəxs və şirkətlərin adları elan ediləcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə