Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bazarda yerli mal satmayanlar cərimələcək – 100 manatdan başlayır
Bazarda yerli mal satmayanlar cərimələcək – 100 manatdan başlayır
04 Fevral 2017 / 12:26 / Baxış sayı: 1100
Font1 Font2 Font3 Font4

“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna uyğun olaraq təşkil edilən kooperativ bazarlardakı satıcılarla bağlı yeni qərar qəbul edilib. 

Fins.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə cərimə tətbiq olunacaq.

Bu barədə Milli Məclisin “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270 VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərarında deyilir.

Qərara görə, satış qaydalarını pozan fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə