Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Castin Trudeu müsəlmanlar üçün ağladı— FOTO
Castin Trudeu müsəlmanlar üçün ağladı— FOTO
04 Fevral 2017 / 12:47 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4

Kanadada məscidə edilən terror hücumu qurbanlarının xatirəsinə tədbir təşkil edilib

Ölkənin baş naziri Castin Trudeu da dəfn mərasimində iştirak edib.

Baş nazir mərasimdə göz yaşlarını tuta bilməyib. Tədbir Kvebek şəhərindəki “Convention Center”-də təşkil edilib. Baş nazirlə yanaşı Kvebek əyalətinin rəhbəri Filipp Kullard, Bələdiyyə sədri Regis Labem, millət vəkilləri, xristian və yəhudi icmasına məxsus din adamları və minlərlə sakin də dəfndə iştirak edib.

Cümə namazı qılındıqdan sonra baş nazir kürsüyə çıxıb və qurbanların xatirəsini yad edib, terroru lənətləyib. Castin eyni zamanda məscidə edilən hücum zamanı həlak olan 6 nəfərin xatirəsinin daim yaşayacağını bildirib.

Baş nazirdən sonra digər rəsmi şəxslər də çıxış ediblər.

Qeyd edək ki, terror hücumundan sonra həbs edilən Aleksandr Bissontun ikinci məhkəmə prosesi 21 fevral tarixində keçiriləcək.\ölkə.az\

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə