Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu ölkələr Rusiyanın haker hücumlarına məruz qaldıqlarını açıqladı
Bu ölkələr Rusiyanın haker hücumlarına məruz qaldıqlarını açıqladı
04 Fevral 2017 / 13:17 / Baxış sayı: 534
Font1 Font2 Font3 Font4

“Son altı ay ərzində Niderland hökumətinin saytına Rusiya, İran və Çindən olan hakerlər tərəfindfən yüzlərlə kiberhücum həyata keçirilib”.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Niderland kəşfiyyatının rəhbəri Rob Bertole yerli televiziyaya müsahibəsində deyib. “Mən bunu demokratiyamıza təhlükə kimi qiymətləndirirəm. Təhlükə odur ki, onlar bizim parlamentin işinə və hökumətin qərarlarına təsir göstərə bilər”, – deyə o, söyləyib.

R. Bertole qeyd edib ki, rusiyalı hakerlər məxfi sənədləri ələ keçirməyə cəhd göstərib.

Norveç kəşfiyyatı da analoji açıqlama ilə çıxış edib. Bu ölkə Təhlükəsizlik Xidməti bildirib ki, 9 vəzifəli şəxsin elektron poçtu Rusiya ilə əlaqəli olduqları güman edilən hakerlərin hücumuna məruz qalıb. “Hücumların xarakteri göstərir ki, bunu Rusiyaya aid olduğu güman edilən “ART29” qruplaşması həyata keçirib”, – deyə Norveç Təhlükəsizlik Xidmətinin rəhbəri Martin Bernsen söyləyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə