Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Boşanan kişilərə bəd xəbər
Boşanan kişilərə bəd xəbər
04 Fevral 2017 / 17:51 / Baxış sayı: 1808
Font1 Font2 Font3 Font4

Alimentlə bağlı qətnamələr dərhal icra ediləcək

Azərbaycanda bundan sonra alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra olunacaq. İstiPress-in xəbərinə görə, bu “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Prezidenti İlham Əliyevin fevralın 3-də imzaladığı  sərəncamla yeni qanun qüvvəyə minib.

Mülki Prosessual Məcəlləyə əsasən, indiyə qədər bütün qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməli idi. Dəyişikliyə əsasən, bundan sonra şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunmalıdır. Bu hallar istisna ilə, digər qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə