Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Melaniya Tramp üzə çıxdı — Hava limanında ərini öpdü
Melaniya Tramp üzə çıxdı — Hava limanında ərini öpdü
04 Fevral 2017 / 13:54 / Baxış sayı: 732
Font1 Font2 Font3 Font4

ABŞ-ın birinci xanımı Melaniya Tramp 21 yanvar tarixindən sonra ictimaiyyət qarşısına çıxmırdı

Melaniya Florida hava limanında təyyarədən enən ərini qucaqlayaraq öpüb. ABŞ prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra birinci dəfədir ki, həftə sonunu Floridadakı malikanəsində keçirəcək.

ABŞ prezidentini ” West Palm Beach” hava limanında ölkənin birinci xanımı qarşılayıb. Təyyarədən enən ərini pilləkənlərdə qarşılayan Melaniya Donaldı qucaqlayaraq öpüb.

İnauqurasiyadan sonra Melaniya ailənin Nyu-Yorkdakı evində qalırdı. O, 10 yaşlı oğlu Barronun təhsili səbəbindən vaxtının çoxunu Nyu-Yorkda keçirəcəyini bildirmişdi. Bu isə mətbuatda birinci xanımın Ağ Evə köçməyəcəyi ilə bağlı iddiaların tirajlanmasına səbəb olmuşdu.

Birinci xanımın müşavirlərindən olan Stefani Vinston Volkoff Melaniyanın Barronun təhsili başa çatdıqdan sonra Vaşinqtondakı Ağ Evə köçəcəyini açıqlayıb. Birinci xanım bu müddət ərzində həm Vaşinqtonda, həm də Nyu-Yorkda yaşayacaq.

Tramp isə Floridada təşkil ediləcək “Qızıl Xaç” balında iştirak edəcək. Prezidenti məsləhətçiləri və köməkçiləri müşayiət edəcək.\ölkə.az\

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə