Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı sakininin avtomobilində tapança aşkarlandı
Bakı sakininin avtomobilində tapança aşkarlandı
04 Fevral 2017 / 13:59 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4

Bakı şəhər sakini Seymur Xudaverdiyevin idarə etdiyi “Chevrolet-Camaro” markalı avtomobilində tapança aşkar edilib.

arxiv.bizimxeber.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 3-də S. Xudaverdiyev idarə etdiyi “Chevrolet-Camaro” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə stasionar Postunda saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə protokol tərtib edilərək avtomobil duracağa aparılıb.
Müvəqqəti duracaqda S. Xudaverdiyevin iştirakı ilə avtomobilə baxış keçirilib və orada pnevmatik tapança aşkar edilib. Bu zaman o, qeyd edilən tapançanı götürərək hadisə yerindən qaçıb.
DYPİ və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S. Xudaverdiyev saxlanılıb və tapança ondan götürülüb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə