Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İran terrorizmin əsas sponsorudur”
“İran terrorizmin əsas sponsorudur”
04 Fevral 2017 / 14:27 / Baxış sayı: 866
Font1 Font2 Font3 Font4

“İranın raket sınaqlarının sayını artırmasına rəğmən ABŞ Yaxın Şərqə hərbi müdaxiləsini genişləndirməyəcək”. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, belə bir bəyanatla ABŞ-ın müdafiə naziri Ceyms Mettis çıxış edib.

“İran beynəlxalq terrorizmin əsas sponsorlarındandır və bu, dünya üçün çox böyük problem, ciddi təhlükədir. Biz bunu onlara baş salmalıyıq”.

Bu yaxınlarda ABŞ İrana qarşı sanksiyaları genişləndirib, qadağalar ölkənin 13 fiziki şəxsinə, 12 şirkətinə tətbiq edilib. Yanvarın 29-da Tehran orta mənzilli ballistik raketin sınağını həyata keçirib. Senatorlar isə bunu böyük təhlükə kimi dəyərləndirib və prezident Donald Trampa sanksiyaların genişləndirilməsi ilə bağlı məktub ünvanlayıb.

Rəsmi Tehrandan isə Vaşinqtonun bu addımı qanunsuz adlandırılıb və cavab tədbirləri görüləcəyi açıqlanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə