Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran parlamentindən ABŞ-a çağırış — Səudiyyə Ərəbistanına qadağa qoyulsun
İran parlamentindən ABŞ-a çağırış — Səudiyyə Ərəbistanına qadağa qoyulsun
04 Fevral 2017 / 14:39 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4

İran parlamenti ABŞ-ı Səudiyyə Ərəbistanı vətəndaşlarına da qadağa tətbiq etməyə çağırıb.

İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Huseyn Əmir bildirib: “ABŞ prezidenti Donald Tramp terroru dəstəkləyən ölkələrin adını siyahıya əlavə etməyib. Düşünürəm ki, Tramp hansısa dövlətin vətəndaşlarına ABŞ-a girişi qadağan edirsə, 11 sentyabr hadisəsində iştirak edən dövlətlərin vətəndaşlarına da qadağa tətbiq etməlidir. Amma cənab Trampın siyahısında terrorizmi dəstəkləyən, “Əl-Qaidə” və “İŞİD” qruplaşmasını yaradan dövlətlərin siyahısı yoxdur”.

Parlamentari bildirib ki, amerikalı lider Səudiyyə Ərəbistanının vətəndaşlarının ABŞ-a girişinə qadağa tətbiq etməlidir: ” Səudiyyə Ərəbistanı son illər regionda terrorizmin yayılmasına ciddi dəstək göstərib. Səudiyyə Ərəbistanı və onun rəhbərliyi Suriyada terrorizmi dəstəkləyir, Bəhreynə hərbi müdaxilə edir”.(ölkə.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə