Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Külli miqdarda siqaret tutuldu-FOTO
Külli miqdarda siqaret tutuldu-FOTO
04 Fevral 2017 / 14:57 / Baxış sayı: 682
Font1 Font2 Font3 Font4

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, Rusiya Federasiyası istiqamətindən idarənin “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito 109 CDİ” markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı “Drakula” adlı kinoloji xidmət iti nəqliyyat vasitəsinin müxtəlif yerlərinə reaksiya verib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin, eləcə də ona qoşulmuş qoşqunun gizli saxlanc yerlərindən 78400 ədəd “Parliament” markalı, 9600 ədəd “Marlboro” markalı olmaqla, cəmi 88000 ədəd siqaretlər aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə