Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyəni NATO-ya tam üzv kimi qəbul etmək istəməyiblər-MKİ
Türkiyəni NATO-ya tam üzv kimi qəbul etmək istəməyiblər-MKİ
04 Fevral 2017 / 15:03 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4

MKİ sənədlərində Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı yeni detallar üzə çıxıb

Sənədlərə əsasən, 1950-ci ildə Türkiyəyə tam NATO üzvlüyü əvəzinə, Aralıq dənizinin mühafizəsi üçün NATO-nun hərbi planlama iclaslarına dəvət etmək məsələsinin olduğu ortaya çıxıb.

MKİ-nin 22 sentyabr 1950-ci ilə aid “xüsusilə məxfi” qrifli sənədinə əsasən, NATO 1950-ci ildə Avropa ölkələrində hərbi gücünün zəif olduğunu bilsə də, coğrafi olaraq genişlənmək istəməyib. Sənəddə Türkiyə və Yunanıstana tam üzvlük vermək əvəzinə, NATO-nun hərbi planlama iclaslarına dəvət etmək məsələsinin olduğu üzə çıxıb. Bəzi Avropa dövlətləri isə bunu dəstəkləyib.

“Koreyada inkişaf” adlı kəşfiyyat materialında Koreya savaşından sonra Türkiyənin NATO-ya üzv ola bilməməsinin rəsmi Ankarada yaxşı qarşılanmayacağı bildirilir. Eyni zamanda Türkiyənin NATO-ya üzv kimi qəbul edilməməsinin hakimiyyətdə olan CHP tərəfindən propoqanda kimi istifadə edilə biləcəyi sənəddə yer alıb.

Qeyd edək ki, Türkiyə 1949-cu ildə NATO-ya üzv olmaq üçün müraciət edib və 1952-ci ildə alyansa üzv qəbul edilib.\ölkə.az\

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə