Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədə “Son Dəqiqə” qadağası – FOTO
Türkiyədə “Son Dəqiqə” qadağası – FOTO
04 Fevral 2017 / 15:07 / Baxış sayı: 1248
Font1 Font2 Font3 Font4

Türkiyə mətbuat orqanlarının əksəriyyəti adi xəbərləri də “Son dəqiqə” başlığı ilə təqdim edərək şişirtməkdə mahirdirlər. 

Milli.Az “Haberler”ə istinadla bildirir ki, məsələ RTÜK (Türkiyənin Televiziya və Radio Şurası ) də geniş müzakirə olunub. Hətta Türkiyə mətbuatında “Son dəqiqə” ifadəsindən istifadənin qadağan olunması barədə xəbərlər yayılıb.

Qurumun başçısı İlhan Yerlikaya məsələ ilə bağlı açıqlama verib:

“Son dəqiqə”, “isti xəbər” ifadələri qadağan olunmayıb. Biz hadisənin üstündən bir neçə saat keçəndən sonra “son dəqiqə” başlığı ilə yazılan xəbərlərə qarşıyıq. Hətta bəzən elə xəbərlər olur ki, 2 günün hadisəsini “sıcak haber”, “flash haber”, “son dakika” kimi başlıqlarla təqdim edirlər. Bununla mübarizə aparmaq lazımdır”.

Qeyd edək ki, bu tip başlıqlardan ən çox “milliyet.com.tr”, “gazetevatan.com.tr” kimi mətbu orqanlar istifadə edir. Əslində isə bu ifadə, sadəcə, partlayış, fövqəladə hal və digər vacib xəbərlərdə tətbiq olunmalıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə