Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mərkəzi Bank dolları ucuzlaşdırır? – AÇIQLAMA
Mərkəzi Bank dolları ucuzlaşdırır? – AÇIQLAMA
04 Fevral 2017 / 17:07 / Baxış sayı: 1210
Font1 Font2 Font3 Font4

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov son günlər Azərbaycanda dolların məzənnəsinin aşağı düşməsi ilə bağlı məsələyə münasibət bildirib.

V.Əhmədov açıqlamasında deyib ki, Azərbaycan Mərkəzi Bankı dolların aşağı düşüb-qalxması ilə bağlı müvafiq siyasət aparır: “Son günlər isə dollar müəyyən qədər ucuzlaşdırılır. Yəqin ki, Mərkəzi Bank dolların ucuzlaşması üçün müəyyən qədər vəsait xərcləyir. Çünki bazarda dollar öz həqiqi dəyərini hələ almayıb. Dollar bazarda həqiqi dəyərini alandan sonra artacaq. Necə ki, bu Rusiyada, Qazaxıstanda baş verdi”.

Deputat qeyd edib ki, dollarla əlaqədar Neft Fondundan da müəyyən qədər vəsait ayrılır: “Birdən-birə manatı buraxmaq şok effekt yarada bilər. Onun üçün də manatı yavaş-yavaş devalvasiyaya uğradırlar. Ona görə də dolların ucuzlaşıb-bahalaşması halları olacaq. Bu adi prosesdir”.
Dolların məzənnəsinin aşağı düşməsinin Azərbaycanda biznes mühitinə nə kimi təsirlərinin olub-olmaması məsələsinə də toxunan V.Əhmədov vurğulayıb ki, dolların Azərbaycanda biznes mühitinin inkişafına təsiri o zaman olar ki, onun həqiqi bazar dəyəri bilinsin: “Ancaq hələlik bu dəyər bəlli deyil. Dollar öz dəyərini tapandan sonra ola bilər ki, bir ay ərzində dollar bir-iki qəpik artıb-azalsın. Ancaq bu fərq bir-iki qəpik olacaq, çox olmayacaq. O zaman investorlar daha çox maraq göstərəcəklər və biləcəklər ki, dolların bazar qiyməti budur”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə