Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncə MERO-sunda ayaq açan rüşvət… – Tariyel Məmmədov nələr edir?
Gəncə MERO-sunda ayaq açan rüşvət… – Tariyel Məmmədov nələr edir?
05 Fevral 2017 / 12:46 / Baxış sayı: 1388
Font1 Font2 Font3 Font4

Azərbaycanın sürücülük vəsiqəsi bazarı ən gəlirli biznesə çevrilib. Bu ticarətdə iyerarxik sistem mövcuddur. Pilləli və mərtəbəli biznes sektoru böyük kapital qazandırır. Hazırda rüşvətə bulaşmayan MERO (Qeydiyyat İmtahan Şöbəsi) möcüzə ola bilər. Necə ki Gəncədə 9 saylı MERO onlardan biri kimi ad çıxarıb. Bu imtahan şöbəsi supermarketdən fərqlənmir.

Şöbənin rəisi Tariyel Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) reputasiyasına solaxay zərbələr endirməkdədir.Daxili İşlər Nazirliyinin və Baş Dövlət Yol Polis İdarəsinin Gəncə kimi ölkənin ikinci böyük şəhərində imicini zədələyən T.Məmmədov “prava” satışını aşkar şəkildə həyata keçirir.

DİN rəhbəri Ramil Usubov və BDYPİ rəisi Ramiz Zeynalov tez-tez yerdəyişmələr etməklə, fəaliyyətində nöqsan olan rəisləri işdən azad etməklə çalışır ki, bu sistemin nüfuzuna xələl gəlməsin.Nazir istəmir ki, yerlərdə hansısa rəisin neqativ işi ucbatından bütövlükdə nazirliyin adı hallansın, imici korlansın. Amma Gəncə kimi Azərbaycanın böyük bir şəhərində MERO rəisi xidmət etdiyi sistemin imicini düşünmədən sürücülük vəsiqəsinin alınmasını bazarlığa çevirib.

Media üzərindən yayılan məlumatlara istinadən yazırıq ki, Gəncəbasar zonası T.Məmmədovla dil tapmasa sürücülük vəsiqəsini almaq mümkünsüzdür.

Göygöl, Samux, Daşkəsən, Naftalan rayonları da daxil olmaqla 5 regiondan imtahana gələn və kəsilən vətəndaşlar MERO rəisi və ətrafındakı adamlarla danışıqlar aparmağa başlayır. Hazırda “prava” 1200-1500 manatdır.Hətta yaxın çevrəsinə qeyri-rəsmi şəkildə bəyan edib ki, bu pulların 25-30 faizi ona çatır, yerdə qalan hissəsi nazirlikdə bölüşdürülür. Əlbəttə ki, bu ittiham çox ağırdır. Cənab R.Usubov və R.Zeynalovun adını hallandırmaqla DİN sisteminin nüfuzu Gəncəbasarda yerdən yerə vurulur.

Mətbuatda yazılan məlumatlara istinadən qeyd edək ki, T.Məmmədov 750 min dollara bu vəzifəyə təyin olunduğunu yaxın çevrəsində açıqlayıb.T.Məmmədov yaxın ətrafında danışır ki, imtahandan kəsilən olmasa onların rüblük “haqqı”nı nazirliyə öz cibindən çatdırmalı imiş. Ona görə də MERO rəisinin təlimatı əsasında imtahana gələnlər ən azı praktikada kəsilir və pul verməyə təhrik olunur.T.Məmmədov barəsində iddialar yeni deyil. İnternetdə bu ad-soyadı yazmaqla barəsində çoxsaylı ittihamlara və neqativ məlumatlara, rüşvət iddialarına rast gəlmək olar.Onun ad-soyadını axtarış verməklə haqqında müsbət bir informasiya ilə qarşılaşmaq olmur. Belə bir kadrın Gəncə kimi şəhərdə MERO rəisi vəzifəsində qalması heç də DİN sisteminə divident qazandırmır.

Hətta deyilənlərə görə Tariyel Məmmədov BDYPİ-nin rəisi Ramiz Zeynalovun yerinə göz dikib. Və daşınan-daşınmaz əmlakının siyahısının ucu-bucağı yoxdur. Bu illər ərzində oliqarx MERO rəisinə çevrilmiş T.Məmmədovun bu varidata sahiblənməsini anlamaq olar. Çünki bütövlükdə böyük bir zona – Gəncəbasar onunla hesablaşır.

Beləliklə: 150.000 dollar qiymətində olan Mercedess CL markalı CİP, oğlunun idarə etdiyi 100.000 dollar qiymətində olan Lexsus CS 350 markalı avtomobil, “Torqovı” küçəsində yerləşən “ADİDAS ” dükanının üstündə mənzil, İSR-PLAZA ilə üzbəüz yerləşən binada 1.250.000 manatlıq mənzil, Fəvvarələr meydanında yerləşən 2.000. 000 manat qiymətində olan “Ciko” adlanan geyim mağazası, “Axundov bağı”nın ətrafında yerləşən binada 600.000 manatlıq mənzil, “İçərişəhər” metrosunun yaxınlığında yerləşən binada 1.000.000 manatlıq mənzil, Bayılda 20.000 000 manat qiymətində olan Hotel (Panorama), arxasında 5.000.000 manat qiymətində olan villa…

Təbii ki dəhşətə gəlməmək və heyrətlənməmək olmur. Gəncədən Bakının ən prestijli ünvanına qədər əli uzanan 9 saylı MERO rəisinin istisna deyil ki, ölkə hüdudlarından kənarda da əmlakı var. Nəzər alsaq ki, Türkiyə, Çexiya, Yunanıstan və Balkan ölkələrində daşınmaz əmlak ölkəmizlə müqayisədə daha ucuzdur, yuxarıdakı məbləği xərcləyən T.Məmmədov üçün Avropanı “fəth” etmək çətin olmaz.

Bundan başqa, 20 milyon manat dəyəri olan 4 ulduzlu, klassik üslublu, şəhərin mərkəzinə yaxın yerləşən EAST LEGEND PANORAMA HOTEL 2006-cı ildə inşa edilib.Hər halda bu iddialara rəsmi şəkildə münasibət bildirilməsini gözləyirik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə