Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Belçikadadır
İlham Əliyev Belçikadadır
05 Fevral 2017 / 18:49 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4

Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər. 

Vaterlo şəhərinin meri Floran Röter Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıb. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar.

Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın xalq rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

***
16:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfər edib.

Brüsselin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Avropa İttifaqının yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.

Virtualaz.org-un əvvəlcədən xəbər verdiyi kimi, sabah Prezident Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə yeni partnyorluq münasibətlərinə dair sazişin şərtləri müzakirə ediləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə