Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Suriyanın taleyini həll edən toplantı başladı
Suriyanın taleyini həll edən toplantı başladı
06 Fevral 2017 / 10:41 / Baxış sayı: 510
Font1 Font2 Font3 Font4

Türkiyə, Rusiya və İran nümayəndələri toplantı keçirir

Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Rusiya və İrandan olan operativ qrupun Suriyada atəşkəs rejiminə nəzarət üzrə toplantısı başlayıb.

İstiPress-in məlumatına görə, iclasda eyni zamanda BMT və İordaniyadan ekspertlər iştirak edir. Bu barədə “RİA Novosti” agentliyinə məlumatlı mənbə xəbər verib.

Suriya üzrə sülh danışıqları ilə bağlı birinci görüş yanvarın 23-24-də keçirilib. Görüşdə qarant ölkələr (İran, Rusiya, Türkiyə) Suriyada atəşkəs rejiminə birgə nəzarətlə bağlı razılığa gəliblər.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl bəyan edib ki, Astana görüşləri mütəmadi olacaq. Qazaxıstan Xarici İşlər Nazirliyi Kayrat Abdrahman isə bildirib ki, görüşlər texniki xarakter daşıyacaq. Onun sözlərinə görə, bugünkü toplantı Suriyada vəziyyətin nizamlanması üzrə Astana görüşlərinin davamıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə