Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədə güclü zəlzələ: dağıntılar var – YENİLƏNİB
Türkiyədə güclü zəlzələ: dağıntılar var – YENİLƏNİB
06 Fevral 2017 / 10:48 / Baxış sayı: 780
Font1 Font2 Font3 Font4

Türkiyənin Çanaqqala vilayətində 5,3 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, episentri Egey dənizində, dərinliyi 5,5 km olan zəlzələ Muğla, Aydın, İzmir, Bursa və İstanbulda da hiss edilib.

Çanaqqala valisi Orxan Tavlı ilkin məlumatlara görə hadisə nəticəsində zərərçəkənlərin və dağıntıların olmadığını bildirsə də, Yuxarıköy kəndində bəzi evlərə ziyan dəydiyi bildirilir. Kənddə 2 nəfərin də xəsarət aldığı bildirilir.

Bayırköy muxtarı Mehmet Yəhya Çavuş isə kənddə 40-50 evə, eləcə də təsərrüfata zərər dəydiyini deyib.

Çamköy muxtarı Mustafa Sinop da kənddə 5-6 evin zərər gördüyünü bildirib.

———

08:46

Türkiyənin Çanakkale vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in “Hürriyet”ə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 06:51-də ba. verən zəlzələnin episentri Ayvacıq rayonunda olub. Yeraltı təkanların ocağı 9,25 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə