Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib
“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib
06 Fevral 2017 / 11:05 / Baxış sayı: 1200
Font1 Font2 Font3 Font4
Prezident İlham Əliyevin məmurlara dəfələrlə təpinməsi, onlara dövlətə və vətəndaşlara xidmətindən danışması bəzi məmurların ya maraqlarına uyğun deyil, ya da ki, onlar prezidentin çıxışlarına ümumiyyətlə qulaq asmırlar.

Bu barədə AFN-in redaksiyasına müraciət ünvanlayan Ağcabədi rayon sakinləri bildirirlər. Daha sonra qeyd edirlər ki, Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşən “Ağgöl” Milli Parkı sözün əsl mənasında məmurların və onların övladlarının, qonaqlarının poliqonuna çevrilib: “Ağgöl” Milli Parkı oranın rəisi Loğman Mehdiyev və onun himayədarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilovun (hansı ki, L.Mehdiyev həmişə deyir ki, R.Cəlilovun qaynı ilə yaxın dostdur) şəxsi mülkünə çevrilib. L.Mehdiyev və R.Cəlilovun bütün tanış məmurları qış aylarında şənbə-bazar günlərini bu dövlət qoruğunda vaxtlarını səmərəli keçirirlər. Qadağan olunmuş quşlar məmurlar tərəfindən vurulur. Qış vaxtı isə Loğman Mehdiyev oranı bazara çevirir. Ovçulardan pul alaraq parka buraxır, hətta adları Qırmızı Kitaba düşən quşları ovlatdırır”.

Keçmiş MTN rəhbərliyinə “sovqat” göndərib?

L.Mehdiyevlə bağlı irəli sürülən şok iddia isə keçmiş MTN-in yüksək vəzifəlilərinə “Ağ göl”dən “sovqat” göndərilməsidir: “MTN-in bəzi şəxsləri özləri gəlirdilər, biz görürdük. Amma L.Mehdiyevin MTN-in yerli şöbəsinin rəhbərliyi ilə münasibətləri əla idi. Tez-tez onun vasitəsilə Bakıya nadir quşlardan, balıqlardan “sovqat” göndərirdi”.

Şikayət müəllifləri daha sonra qeyd edirlər ki, parkda ovlanması qadağan olunan ceyran, çöl quşları var: “Lakin L.Mehdiyev qoruğun yaxınlığında düzəltdirdiyi balıq gölündə yaxın ətrafdakı rayonlarda yüksək vəzifə tutan, hətta paytaxtdan gələn məmurlara tez-tez “sveji” balıq qonaqlığı təşkil edir: “Həmin gölə Ağgöldən müxtəlif növ balıqlar köçürülüb. Onlar orada süni yolla artırılır və dediyimiz məqsədlə istifadə edilir. Loğman Mehdiyev «brokonyer»lərlə də anlaşma quraraq onlara göldə tor qurmağa şərait yaradıb. Tututlan balıqların 50 faizi direktora verilir. O da həmin balıqları özünün dambasına buraxdırır”.

Mal-qaraya otlaq yeri?

Məktub müəllifləri onu da qeyd edirlər ki, direktor parkda saxlanan şahin quşlarını da satır, üstəlik, o quşların əsas alıcıları ərəb turistlərdir. Özlərini yerli sakinlər deyə qələmə verən şikayətçilər onu da bildirirlər ki, parkın ərazisində mal-qara otarılmasına da icazə verilir: “Biz bunu ürək ağrısı ilə qeyd edirik ki, yerli sakinlər, hansı ki, onlar arasında hətta bizim qohum-əqrəbamız, tanıdığımız insanlar da var, L.Mehdiyevə bu və digər formada “hörmət” edərək öz mal-qaralarını parkın ərazisində otara bilirlər”.

Müraciət müəllifləri redaksiyamıza xeyli foto da göndəriblər. “Hörmətli, redaksiya, bizim yazdıqlarımıza inanmaya bilərsiz, amma müxtəlif KİV-lərdə dərc olunan bu fotolar bütün həqiqəti çılpaqlığı ilə ortaya qoyur” – deyə yerli sakinlər məktubun sonunda qeyd edirlər.

AFN xatırladır ki, 2003-cü il 5 iyul tarixində ölkə başçısının sərəncamı ilə sahəsi 17,924 hektara qədər genişləndirilən, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan “Ağ göl” Milli Parkında ümumilikdə 500 mindən çox quş qışlayır. Qeyd edək ki, burada rast gəlinən quşların 30 növünün adı “Azərbaycanın Qırmızı Kitabı”na salınıb. Bundan başqa, milli park ərazisində 20-dən çox balıq növünə – çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s. rast gəlinir.

Bütün qeyd olunanlarla bağlı L. Mehdiyevin özündən mövqe almaq istədik. Lakin milli park rəhbəri yazılanlarla tanış olub, şifahi fikrini bildirsə də, konkret yazılı mövqe təqdim etmədi. Hər bir halda qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə