Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD Türkiyədə silsilə sui-qəsdlərə hazırlaşır – ŞOK ÇAĞIRIŞ
İŞİD Türkiyədə silsilə sui-qəsdlərə hazırlaşır – ŞOK ÇAĞIRIŞ
06 Fevral 2017 / 11:39 / Baxış sayı: 648
Font1 Font2 Font3 Font4
İŞİD Türkiyənin tanınmış din xadimlərinə qarşı süi-qəsd hazırlayır. Qayraninfo.Az “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bu barədə terror təşkilatının 8 dildə yayımlanan “Rumiyah” jurnalı məlumat yayıb.
Jurnalın fevral sayının türk versiyasının üz qabığında yanvarın 1-də Abdulkadir Maşaripovun basqın etdiyi “Reina” gecə klubunun fotosu yer alıb. Bu günə qədər yayımlanan bütün saylarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və genelkurmay başqanı Hulusi Akar üçün süi-qəsd çağırışı edən jurnal bu dəfə din xadimlərini və ilahiyyətçiləri hədəf göstərib.
Siyahıda indiyədək İŞİD-in bir neçə dəfə təhqir və təhdid etdiyi Diyanet İşləri İdarəsinin rəhbəri Mehmet Görmez, “Cüppeli Ahmet hoca” kimi tanınan Ahmet Mahmut Ünlü, referendumda “yox” cavabı verəcəyini açıqlayan Furkan Fondunun rəhbəri Alparslan Kuytul, Ulduz Texniki Universitetinin fəlsəfə fakültəsinin əməkdaşı, professor Caner Taslaman, Anti-Kapitalist Müsəlmanlar qrupundan İhsan Eliaçık, Abdullah Yolcu, Mustafa İslamoğlu, Abdülaziz Bayındır və Ubeydullah Arslan yer alıb.
Jurnal İŞİD tərəfdarlarını “İslam Dövləti”ni tənqid, müsəlmanları və mücahidləri “təhqir” edən bu şəxsləri öldürməyə çağırış edir.
Məqalədə “kafir” adlandırılan şəxslər arasında Bəyoğlu bələdiyyəsinin sədri Ahmet Misbah Demircanın atası, ilahiyyatçı Ali Rıza Demircan, Ankara Universitetinin İlahiyyət fakültəsinin professoru Hasan Onar və Hitit Universitetinin İlahiyyət fakültəsinin professoru Hilmi Demir də var.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə