Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağsu aşırımı bağlandı
Ağsu aşırımı bağlandı
06 Fevral 2017 / 11:55 / Baxış sayı: 804
Font1 Font2 Font3 Font4

Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrində torpaq sürüşməsi aktivləşib. Nəticədə avtomobillərin hərəkətinə təhlükəli vəziyyət yarandığı üçün əsas yol bağlanıb.

arxiv.bizimxeber.az-ın AzərTAc-a istinadən xəbərinə görə, yola xidmət edən 16 nömrəli “Yol İstismar” MMC-dən bildirilib ki, həmin ərazidə torpaq şimal-qərb istiqamətindən cənub şərq istiqamətinə, dərin dərəyə doğru sürüşür. Respublikanın ərazisinə yağan sonuncu qardan sonra sürüşmə aktivləşib. Nəticədə 40 metrədək yol sahəsi 40-50 santimetr dərinliyində çöküb. Yolun bərpası ilə əlaqədar “Azəravtoyol” ASC-dən mütəxəssis dəvət olunub.

Sürücülər müvəqqəti olaraq həmin ərazidəki alternativ yoldan istifadə edirlər. Qeyd edək ki, alternativ yoldakı sərt döngə qarlı və şaxtalı havalarda olduqca təhlükəlidir.

...

...

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə