Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bazarstore”la bağlı daha bir qalmaqal – FOTO
“Bazarstore”la bağlı daha bir qalmaqal – FOTO
06 Fevral 2017 / 12:05 / Baxış sayı: 984
Font1 Font2 Font3 Font4

“Bazarstore” supermarketlər şəbəkəsinin adı tez-tez müştərilərin kassada aldadılması ilə hallanır.

Bu dəfə isə “Bazarstore”un adı bir məhsulu kassaya 2 dəfə vurulması ilə yadda qalıb.

Belə ki, müştərilərdən biri alış-veriş edib evə qayıtdıqdan sonra, “Ariel” rəngli avtomat məhsulunun 2 dəfə kassaya vurulmasının şahidi olub. Beləliklə, alıcıdan ümumilikdə 21,58 manat çıxılıb. Halbuki 1 ədəd məhsulun qiyməti 10,79 manat olub.

Alıcı deyib ki, bu texniki səhv ola bilər, amma sistemin eyni malı iki dəfə kassaya vurulmasına icazə verilməməlidir:

“Yəqin ki, bu texniki səhv olub. Böyük ehtimalla vəsaiti geri qaytaracaqlar. Amma məni düşündürən odur ki, sistemin eyni malı iki dəfə kassaya vurmağa niyə icazə verilir?

Tutaq ki, mən bunu görməsəydim, özləri zəng edib deyəcəkdirlərmi “hörmətli müştəri, siz əlavə vəsait ödəmisiniz, bunu qəbul edə bilmərik”, – deyə müştəri narazılığını ifadə edib. (oxu.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə