Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DSMF-nin Gədəbəy şöbəsində yeni soyğunçuluq
DSMF-nin Gədəbəy şöbəsində yeni soyğunçuluq
06 Fevral 2017 / 12:13 / Baxış sayı: 830
Font1 Font2 Font3 Font4

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsində baş verən kütləvi “saxta staj” əməliyyatları barədə yeni məlumatlar meydana çıxıb

Şöbənin işçilərindən nazirlikdən gələn yoxlamanın “yola salınması” üçün külli miqdarda pul yığılması ilə bağlı bir qədər əvvəl mediada məlumat yayılmışdı.

arxiv.bizimxeber.az politika.az-a istinadla xəbər verir ki, ötən bir ay ərzində “yoxlama” “ciddi” nöqsan tapmadan yola salınıb.

Qeyd edilən “saxta staj” əməliyyatları isə “makler”lər vasitəsilə daha intensiv şəkildə davam etməkdədir. Soruşula bilər ki, yoxlama nöqsan tapmadısa, saxtakarlıq nədədir?

Məsələ ondadır ki, DSMF rayon şöbəsində yoxlama nə qədər başdansovdu aparılsa da, yoxlama aparanlar kifayət qədər nöqsan aşkar ediblər.

Belə ki, yoxlama aparanlar şöbə tərəfindən yüzlərlə saxta pensiya işi tərtib olunduğunu üzə çıxarıblar. Amma bu işlər ləğv olunmayıb.

İddialara görə, şöbədə yoxlama aparan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri bu qanunsuz işləri “pullu” iş kimi şöbənin müdiri Məsud Məmmədova hədiyyə ediblər.

M.Məmmədov da sayı yüzlərlə olan bu işlərin pulunu dayandıraraq “revizor dayandırıb” bəhanəsi ilə həmin pensiyaçılardan 300-500 manat civarında alıb, yenidən pensiya kartlarını aktiv etdirir.

Verilən məlumata görə, onun bu əməllərindən Nazirlik xəbərsiz deyil. Belə olmasaydı M.Məmmədov Nazirliyin adından istifadə etməyə risk etməzdi.

Gədəbəy sakinləri yazırlar: “Biz yenə də üzümüzü nazir cənab Səlim Müslümova tuturuq. Hörmətli nazir, büdcə vəsaitinə qənaət etmək üçün qadınların pensiya yaşını qaldırmaqdansa, pensiyaların məbləğini azaltmaqdansa, yaxşı olar ki, bu cür maxinasiyaların qarşısını alasınız.

Yeni qəbul edilən qanunlar da, bu cür saxtakarlıqlarla müşayiət olunacaqsa heç bir qənaətə nail olunmayacaq. Yalnız dövlətin və dövlət başçısının nüfuzuna xələl gələcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə