Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhid Çingiz Qurbanovun yas xərcini dövlət ödəyəcək
Şəhid Çingiz Qurbanovun yas xərcini dövlət ödəyəcək
06 Fevral 2017 / 12:18 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4

Şəhid Çingiz Qurbanovun dəfn və yas xərci dövlət tərəfindən ödəniləcək.

 

Bunu AzVision.az-a Qusarın deputatı Azər Badamov deyib. Deputat bildirib ki, şəhidimizin dəfni yüksək səviyyədə təşkil olunacaq.

“Hazırda Qusar rayonunun Şəhidlər Xiyabanında şəhid Çingiz Qurbanovun nəşinin qarşılanmasını üçün yığışmışıq. Dəfn mərasimi üçün lazımı işlər görülüb”.

Qeyd edək ki, şəhid əsgərimiz Çingiz Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub. Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Bu gün şəhidlə vida mərasimi keçirilib. Mərasimdən sonra Ç.Qurbanovun nəşi dəfn olunması üçün Qusar rayonuna yola salınıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə