Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Valeh Mirzədən Zeynəb Xanlarovaya şerli TƏBRİK
Valeh Mirzədən Zeynəb Xanlarovaya şerli TƏBRİK
06 Fevral 2017 / 13:20 / Baxış sayı: 656
Font1 Font2 Font3 Font4

BİR MƏLHƏMDİR- CAN DƏRMANI, HƏKİM, YAZ MƏNƏ O SƏSİ,

( Ruhumun səs fatehi, gözəllik təcəssümü, dünya şöhrətli Zeynəb xanım Xanlarovanın ad gününə gecikən misralarım)

O səhnəyə yaraşıqdır?!
Səhnə ona yaraşıqdır?!
Vallah, lap çaşıb qalmışam,
Fikirlərim dolaşıqdır.
Dinlədikcə o gur səsi,
Düşürəm haldan-hala mən,
Sanki göylərdə uçuram,
Sığışmıram bir zala mən.

Nalə qopur dil-dodaqdan,
Tar ağladır, kaman yanır,
Sanki bu, ansambl deyil,
Bir tonqaldır… alovlanır.

Yaranışdan muğamatın
Sızıltıdır canı, qanı,
Bu səs bizə həyat verir,
Xatırladır Yaradanı.

Leyli, Əsli taleyini
Yaşa görüm bir konsertdə-
Leylidən də,
Əslidən də
Güclü idi cəsarətdə.

Haldan-hala düşürdü o,
Çəkirdi nalə səhnədə,
Bu güc, bu qüdrət, məhəbbət
Sığır necə bir sinədə?!
Dilində vətən andı var,

Odur onun şirin canı.
Hara getdi, apardı o,
Özüylə Azərbaycanı.

Bir məlhəmdir-can dərmanı,
Həkim, yaz mənə o səsi-
Hər dərmandan təsirlidir
Onun şaqraq zənguləsi.

Bu gün də ovsun doludur,
Bu səs Tanrı vergisidir.

O, gözəllik təcəssümü,
O, ruhumun sevgisidir.

Valeh MİRZƏ



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə