Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD yaraqlısı olan 3 azərbaycanlı saxlanıldı
İŞİD yaraqlısı olan 3 azərbaycanlı saxlanıldı
06 Fevral 2017 / 14:21 / Baxış sayı: 620
Font1 Font2 Font3 Font4
Türkiyənin 29 vilayətində İŞİD terror təşkilatına qarşı eyni vaxtda keçirilən antiterror əməliyyatları nəticəsində ümumilikdə 763 nəfər saxlanılıb.
arxiv.bizimxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, fevralın 5-də keçirilən əməliyyatlar zamanı terror təşkilatına aid xeyli sayda sənəd, rəqəmsal materiallar, iki tapança, dörd avtomat silah, 372 patron götürülüb.
Türkiyə Baş Polis İdarəsinin əməliyyatlarla bağlı yaydığı məlumatda İŞİD-in növbəti terror aktları hazırlığında olduğu, yeni üzvlərin cəlb edilməsi ilə bağlı təbliğat və təşviqat işlərini gücləndirdiyi, xüsusilə Türkiyəni öz hücumlarının əsas hədəfi olaraq müəyyənləşdirdiyi bildirilib.
Məlumatda, həmçinin İŞİD-ə qarşı əməliyyatların qətiyyətlə davam etdiriləcəyi qeyd olunub.
Antiterror əməliyyatı nəticəsində Bursa əyalətində də terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən çoxlu adam saxlanılıb.
“Anadolu” agentliyinin məlumatına görə, onların sayı 105 nəfərdir.
Məlumata əsasən, onların 59-u xarici ölkə vətəndaşıdır. Belə ki, saxlanılan şəxslərin 51-i Suriya, 1-i Rusiya, 4-ü Türkmənistan, 3-ü Azərbaycan vətəndaşıdır. Onlardan 46-sı isə Türkiyə vətəndaşıdır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə