Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya və İsrailin gizli Suriya razılaşması
Rusiya və İsrailin gizli Suriya razılaşması
06 Fevral 2017 / 14:29 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4

Suriyanın hava məkanında “davranış kodeksi” haqqında Rusiya və İsrail arasında məxfi razılaşma mövcuddur.

arxiv.bizimxeber.az xəbər verir ki, bu haqda Fransanın “Intelligence online” bülletenində bildirilir.
Bülleten qeyd edir ki, İsrail Hərbi Hava Qüvvələri son aylar “Hizbullah” təşkilatının təchizat xətlərini dağıtmaq üçün Suriya ərazisində hava əməliyyatlarını artırıb. İsrailin rəsmi strukturları hava zərbələrini şərh etmir. Qərb koalisiyasının hava əməliyyatları haqqında daim fikir bildirən Moskva isə İsrail təyyarələrinin uçuşlarına reaksiya vermir.
Bülletenin Rusiya və İsraildəki mənbələrinin fikrincə, tərəflər arasında məxfi razılaşma mövcuddur. Danışıqlar 2016-cı ilin martından aparılırdı. İsrail tərəfindən danışıqlarda prezident Reuven Rivlin, baş nazir Benyamin Netanyahu və Hərbi Hava Qüvvələrinin Baş qərargah müdiri Amir Eşel, Rusiya tərəfdən isə prezident Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu iştirak edirdi.
“Intelligence online” qeyd edir ki, israillilərin hədəfi Livan və Colan təpələrindəki şiə silahlı qruplaşmalara, silahların, xüsusən idarə olunan raket sistemlərinin çatdırılmasına mane olmaqdır. Moskva İsraillə əldə olunan razılaşma sayəsində ilk növbədə Dəməşqlə müxalifət arasındakı münaqişənin gedişatında Təl-Əvivin bitərəfliyinə nail olub.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə