Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mahmud Süleymanov barəsində şok açıqlamalar davam edir.-Foto
Mahmud Süleymanov barəsində şok açıqlamalar davam edir.-Foto
06 Fevral 2017 / 15:41 / Baxış sayı: 1464
Font1 Font2 Font3 Font4
Kend.info İsmayıllı rayonunda araşdırma monitorinqlərinə davam edir.İctimaiyyət nümayəndələrinə, geniş oxucu kütləsinə məlumdur ki, hazırda rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışan Mahmud Süleymanovun fəaliyyəti araşdırma predmetimizdir.
Mahmud Süleymanov vaxtı ilə Talıstan kənd bələdiyyə şurasının sədri işlədiyi dönəmlərdə yüzlərlə qanuna zidd əməllərə imza atmışdır ki, onun fəaliyyətinə hüquqi qiymət verilməsi zamanı artıq yetişib. Ümumiyyətlə,icra başçısı Mirdaməd Sadıqovun vəzifə verərək ətrafına topladıqları şəxslərin mütləq əksəriyyətinin keçmişində, fəaliyyət dövründə qaranlıq məqamlar mövcuddur.
Maraqlı məqamlardan biri də budur ki, cənab Mirdaməd Sadıqov adının bir xeyli qalmaqallarda hallanan, vəzifələrə təyin etdiyi məmurlar barəsində heç bir tədbir gördürmək istəyində görünmür. Mirdaməd Sadıqov əksinə, adının bir sıra qalmaqallarda hallanan məmurlarının arxasında dayanaraq onları müdafiə, himayə edir. İsmayıllının siyasi rəhbərliyində dövlət, qanunların aliliyi, cəmiyyətdə neqativlərə qarşı reaksiya, pozitivə meyl kimi bəşəri dəyərlər deqradasiyaya uğrayıb.
Onları yalnız şəxsi maraqları, korporativ istəklər maraqlandırır.
Bütün xoşagəlməz layihələrdə birgə fəaliyyət göstərdiklərinə görə məhkumdurlar ki,səngərdə axıra kimi bərabər vuruşsunlar. Hər halda qeyd edilənləri nəzərə alaraq lazimi tədbirlər sərgiləyəcək dövlət qurumlarımız var.
Vaxtı çatdıqda baş verənlərə hüquqi qiymət veriləcəyinə heç kəsdə şübhə ola bilməz.
Prokurorluq orqanları haqqında bir xatırlatma.Kütləvi informasiya orqanlarında dərc olunmuş materiallar,lazımı hallarda prokurorluq orqanlarının araşdırma predmeti ola bilər.İndi isə əsərin qəhrəmani,həmin dönəmdə dövlət başçısının sərəncamına zidd olaraq torpaq alqı, satqısını həyata keçirmiş Mahmud Süleymanovun daha bir torpaq satqısı sənədini geniş oxucu kütləsinə təqdim edirik.

img1486366054742

img1486366116669

***

Talıstan bələdiyyəsinin 12 mart 2008-ci il tarixli 03 saylı iclas protokolundan

Çıxarış.

İclasda iştirak edir 8 nəfər.İclasın sədri Süleymanov Mahmud M.Katib Zülfüqarov.

Gündəlik.

İclasın sədri Mahmud Süleymanov çıxış edərək qeyd etdi ki,İsmayıllı rayon kənd sakini Məcidova Fövqiyyə Bəhmən qızı 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsi barəsində müraciət etmişdir.Xahiş edirəm bu məsələyə hər kəs öz münasibətini bildirsin.Yekunda qərar belə olur ki,Məcidova Fövqiyyə Bəhmən qızına bələdiyyənin Kpi-fondu sahəsindən 0,12 ha həyətyanı torpaq sahəsi satılır.

19 mart 2008-ci il tarixində Məcidova Fövqiyyə Bəhmən qızı,Talıstan bələdiyyəsinin hesabına iki yüz qırx dörd (244) manat torpaq satış pulu ödəyir.

***

Bu məsələ ilə bağlı dəfələrlə geniş izahlar verməklə dövlətin əlaqədar qurumlarına kiv-vasitəsilə müraciətlər etmiş və müəyyən siqnallar vermişik.

Hesab edirik ki,burada geniş miqyaslı qanun pozuntuları,saxtakarlıqlar mövcuddur.Bu söylədiklərimizə sübut kimi son vaxtlar Talıstan bələdiyyəsinin informasiya sorğumuza cavab verməməsini misal göstərə bilərik.Rayon icra hakimiyyəti başçısının belə bir məmuru himayə edərək yanında saxlamasını heç cür anlaya bilmirik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə