Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda işıq sayğacı qaz turbasına “skoçlanıb” – Onlarla ev PARTLAYIŞ təhlükəsində/ FOTO
Bakıda işıq sayğacı qaz turbasına “skoçlanıb” – Onlarla ev PARTLAYIŞ təhlükəsində/ FOTO
06 Fevral 2017 / 16:18 / Baxış sayı: 698
Font1 Font2 Font3 Font4

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əliheydər Qarayev küçəsindəki evlərdə yaşayan əhali təhlükədədir.

Bu barədə BakiPost.az-a həmin ərazidə yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, Ə.Qarayev küçəsindən keçən qaz turbasına işıq sayğacı quraşdırılıb. Sakinlər işıq sayğacının qaz turbasına quraşdırılmasının hər an fəlakətə səbəb ola biləcəyini düşünür: “İşıq sayğacını küçədə qaz turbasına az qala “skoçlayıbar”. Hər şey də açıq-aşkar şəkildə çöldədir. Sayğacda qığılcım olsa, yaxud qaz turbasında sızma olsa, güclü partlayış ola bilər. Partlayış da olsa, küçədəki bütün evlərə ziyan dəyəcək. Çünki həmin turba hamının evinin yanından keçir. Ölüm olsa, kim cavab verəcək buna?”

Küçə sakinləri bildirir ki, bununla bağlı işıq sayğacının sahibi 2 dəfə “Azərişıq”a müraciət edib: “Ev sahibi müraciət edib, 2 dəfə də idarədən əməkdaşlar gəlib. Deyiblər ki, pul verin, sayğacı turbadan ayırıb, təhlükəsiz yerə quraşdıraq. Bu gün də bir əməkdaşları gəlmişdi. Deyir, bu sayğac çox təhlükəlidir. Bu cür işlətmək qəti şəkildə olmaz. Hər yerindən “skoç” sallanır. Ev yiyəsi deyib ki, onda köçürün. Cavab verib ki, mən köçürə bilmərəm, plombu qırılar. Bəs kim köçürsün? “Azərişıq” öz işini görmək üçün camaatdan pul istəyir. Bu qədər camaat da hər an hansısa partlayış ola bilər düşüncəsiylə yaşayır”.

Əliheydər Qarayev küçəsində qaz turbasına sancılmış sayğacın fotolarını təqdim edirik:





Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə