Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ tankları Estoniyada
ABŞ tankları Estoniyada
06 Fevral 2017 / 16:42 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4

ABŞ ordusuna məxsus ağır texnika Estoniyaya gətirilib.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə informasiyanı Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı yayıb. Yeni gələn ağır texnika ABŞ ordusunun 68-ci alayının 1-ci bölüyünə məxsusdur. Rəsmi Tallin bölüyün şəxsi heyətinin ölkəyə keçən həftə gəldiyini bildirib. Bu qüvvələrin yaza qədər Estoniyada qalması nəzərdə tutulub.

Qeyd edək ki, yazda Estoniyaya NATO-nun beynəlxalq batalyonu yerləşdiriləcək. Tərkibi 1200 nəfərdən ibarət olacaq. Batalyonun 800 nəfərini Böyük Britaniya, qalanlarını isə Fransa və Danimarka hərbçiləri təşkil edəcək.
Dünən Amerika həmçinin Latviyaya da 250 hərbçi göndərib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə