Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İki kənd yer üzündən silindi
İki kənd yer üzündən silindi
06 Fevral 2017 / 16:55 / Baxış sayı: 1120
Font1 Font2 Font3 Font4

Ölü sayı durmadan artır

Əfqanıstan-Pakistan sərhədinə yaxın, Əfqanıstanın Nuristan bölgəsini vuran qar uçqunu can almağa davam edir.

İstiPress-in “Milliyət”ə istinadən verdiyi xəbərə görə, son üç gündə qar uçqunu yalnız bir kənddə 53 nəfərin həyatına son qoyub. İki kəndin tamamilə qar altında qalması nəticəsində isə ölənlərin sayı 106-ya çatıb, 50 nəfərdən çox insan isə yaralıdır.

İntensiv qar yağışı səbəbindən yollar bağlı olduğu üçün xilasedicilər uçqun altında qalan Pakistanın Çitral kəndinə gedə bilmirlər. Bu kənddə yüzlərlə insanın da itkin düşdüyü deyilir.

Pakistan Fövqəladə Hallar nazirliyi qar uçqunu nəticəsində 150 evin yox olduğunu, 50 evə isə ciddi ziyan dəydiyini deyir.

Fəlakət bölgəsindən ilk fotolar artıq sosial mediada paylaşılır. Xilasedicilərin ağır şərtlər altında işlədiyi görünür.

Bu arada, Əfqanıstanın paytaxtı Kabil yaxınlığına da qar uçqunu düşdüyü bildirilir. Ərazidə qar yağışının davam etməsi səbəbindən ölü sayının artacağı da istisna edilmir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə