Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Mahmudovun icra başçıları araşdırılır – Şok adlar
Eldar Mahmudovun icra başçıları araşdırılır – Şok adlar
07 Fevral 2017 / 10:56 / Baxış sayı: 3656
Font1 Font2 Font3 Font4

Azərbaycan hakimiyyəti sensasion bir əməliyyata hazırlıq görür və proses qeyri-rəsmi şəkildə həyata keçirilir. Politika.Az-a sızan məlumatda iddia olunur ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları araşdırılır.

Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Məlumatlıq qaynaq iddia edir ki, hazırda qeyri-rəsmi siyahı tərtib olunur. Hakimiyyət mətbuatda da adı keçmiş icra hakimləri ilə bağlı araşdırmalar aparır.

Xüsusilə, Lənkəranın icra başçısı Taleh Qaraşov, Nizami rayon icra başçısı Arif Qasımovun barəsində iddialar yer alıb. Həmçinin, Yasamalın icra başçısı İbrahim Mehdiyev, Xətainin icra başçısı Razim Məmmədov və Suraxanının icra başçısı İlqar Abbasovun adları keçir. Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir.

Qazaxın icra başçısı Rəcəb Babaşovun da adı hallanıb. Məlumata əsasən MTN generallarının istintaqı zamanı daha əvvəl Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işləyən Rəcəb Babaşovun adı bir neçə dəfə keçib.

Məsələ ilə bağlı Baş Prokuror Zakir Qaralova məlumat verildiyi qeyd olunur. Bildirilir ki, Rəcəb Babaşov Vergilər Nazirliyində çalışdığı zaman Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, “MTN işi” ilə bağlı işdən azad olunan Vidadi Məmmədovla birlikdə MTN generallarının “çətəsində” yer alıb.

Lakin onu həbsdən və istitintaq araşdırmasından “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qurtardığı qeyd olunur.

Qeyd edək ki, Rəcəb Babaşovun adı mətbuatda müxtəlif maliyyə maxinasiyalarından tutmuş “MTN işi”nədək ən müxtəlif məsələlərdə hallanıb. Bundan başqa, Göyçayın keçmiş icra başçısı da bu məsələyə görə işdən azad edilib. Sabiq MTN generallarına məxsus hektarlarla torpaq sahəsi bələdiyyə və icra başçıları tərəfindən gizli satışa çıxarılıb.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə