Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Rayonlarda 10 faizlik ƏDV tətbiq edilsin” – Açıqlama
“Rayonlarda 10 faizlik ƏDV tətbiq edilsin” – Açıqlama
07 Fevral 2017 / 11:00 / Baxış sayı: 842
Font1 Font2 Font3 Font4

“Ərzaq məhsullarının qiymətini optimallaşdırılması üçün bir sıra inkişaf etmiş ölkələrdə o cümlədən ABŞ-da olduğu kimi rayonlarda differensial vergi dərəcələrinin tətbiqinə ehtiyac var”.

 Bu haqda Qaynarinfo.Az-a “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov bildirib. Ekspert hesab edir ki, ABŞ-da ştatların alıcılıq qabiliyyətindən asılı olaraq fərqli satış vergi dərəcələri tətbiq edilir:

“Bu təcrübənin Azərbaycanda tətbiq edilməsi rayonlarda idxal edilən ərzaq məhsullarının qiymətlərinin optimallaşmasına imkan yarada bilər. Rayonların iqtisadi göstəricilərinə uyğun olaraq fərqli ƏDV dərəcələri tətbiq edilə bilər. Məsələn, Abşeron iqtisadi rayonunda alıcılıq qabiliyyəti müqayisəli şəkildə yüksək olduğu üçün bu iqtisadi rayonda 18 faizlik ƏDV dərəcəsini saxlamaq olar. Amma məsələn, Aran iqtisadi rayonunda alıcılıq qabiliyyəti nisbətən aşağı olduğu üçün bu rayon üçün 10 faizlik ƏDV tətbiq edilməsi məqsədəuyğundur. Bu imkan verəcək ki, həmin iqtisadi rayonlarda ərzaq məhsullarının xərci azalsın və nəticədə bu rayonlarda ərzaq məhsullarının qiymətlərinin azalmasına gətirib çıxaracaq. Bu zaman istehlakçılar daha aşağl qiymətə ərzaq məhsulları ala biləcəklər”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə