Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-dan dollarla bağlı bəd xəbər gəldi
ABŞ-dan dollarla bağlı bəd xəbər gəldi
07 Fevral 2017 / 12:39 / Baxış sayı: 990
Font1 Font2 Font3 Font4
ABŞ Mərkəzi Bankı FES-in Filadelfia şöbəsinin Sədri Patrick Harker bankın mart ayına planlaşdırılan iclasında faiz artımını istisna etməyib.
arxiv.bizimxeber.az publika.az-a istinadən xəbər verir ki, bu il pul siyasəti yığıncaqlarında səsvermə hüququ olan Harker mart toplantısında faiz artımı təklifinin masada olacağını deyib.
O məşğulluq göstəricisinin yaxşı olduğuna diqqət çəkərək bildirib ki, ÜDM-in artması haqqında yaxşı xəbərlər davam edir: ”Əmək bazarının güclənməkdə olduğuna bağlı işarələr var”.
Harker martın 14-15-də keçiriləcək Federal Açıq Bazar Komitəsinin (FOMC) yığıncağında faiz artımına gediləcəyini ictimaiyyətə açıq şəkildə söyləyən ikinci FES səlahiyyətlisidir. FES-in San-Francisco sədri John Uilliams da keçən həftə “Bloomberg”ə verdiyi müsahibəsində, faiz artımına gediləcəyini söyləmişdi. İnvestorlar isə mart ayına planlaşdırılan toplantıda faiz artımına 25% ehtimal olduğunu deyirlər.
Xatırladaq ki, FES ötən həftəki iclasında faizləri dəyişdirməmişdi.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə