Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı marketlərind farş ətə nə qatılır – ŞOK VİDEO
Bakı marketlərind farş ətə nə qatılır  – ŞOK VİDEO
07 Fevral 2017 / 12:48 / Baxış sayı: 656
Font1 Font2 Font3 Font4

Bakıda əksər supermarketlərdə çəkilmiş ət özündən 3-4 manat ucuz satılır. Halbuki ət sümükdən ayrıldıqda və çəkildikdə sahibkar bunu daha yüksək qiymətə satmalıdır. Amma reallıqda bunun əksi müşahidə edilir. Görəsən, səbəb nədir?

XəzərTv məlumat verir ki, ətin 1 kiloqramı 14 manat 49 qəpik və 11 manat 29 qəpikdən təklif edilir. Çəkilmiş ətin kiloqramı isə uyğun olaraq 10 manat 79 qəpik və 8 manat 99 qəpikdır.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən isə bildirildi ki, ətin özündən ucuz olan çəkilmiş məhsulda əlavə hansısa qatqı ola bilər. Yaxud da mənşəyi bəlli olmayan ət də ola bilər.

Mövcud qaydalara görə, ət yalnız alıcının, yaxud da baytar həkiminin yanında sümükdən ayrılıb çəkilə bilər. Bununla yanaşı, çəkilmiş ətin baytarlıq arayışı da olmalıdır. Həmin sənəddə nə əti olması və hansı səbəbdən çəkilməsi göstərilməlidir.

Qurumdan məsləhət görülüb ki, çəkilmiş ət alan vətəndaşlar həmin arayışı satıcıdan mütləq tələb etsinlər.

 

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə