Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya əleyhinə növbəti QƏTNAMƏ – Bu dəfə ABŞ Konqresində
Rusiya əleyhinə növbəti QƏTNAMƏ – Bu dəfə ABŞ Konqresində
07 Fevral 2017 / 12:56 / Baxış sayı: 832
Font1 Font2 Font3 Font4
ABŞ Konqresinin Nümayəndələr Palatasına 4 respublikaçı konqresmen tərəfindən Rusiya əleyhinə yeni qətnamə layihəsi təqdim olunub.
APA-nın xəbərinə görə, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyinin “Facebook” səhifəsində məlumat verilib. Layihə Donbas regionunda – Avdeyevka qəsəbəsi istiqamətində atəşkəsin pozulması və döyüşlərin başlaması ilə əlaqədar hazırlanıb. Qətnamə layihəsinə respublikaçı konqresmenlər Endi Harris, Brayan Fitzpatrik, Sander Levin və Marsi Kaptur həmmüəlliflik edir.
Sənəddə Donbasda baş verən gərginlikdə Rusiya ittiham olunur və bu əməllərin Minsk razılaşmalarına zidd olduğu vurğulanır: “Bu pozuntular Rusiya Federasiyası öz beynəlxalq öhdəliklərini tam yerinə yetirənə qədər ona qarşı məqsədyönlü sanksiyaların gücləndirilməsini zəruri edir. Rusiyanın gizli və açıq qüvvələri və hərbi vasitələri Ukraynadan çıxarılmalı və bu ölkə Krıma qarşı hər hansı iddiadan vaz keçməlidir”.
Layihədə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırış edilir: “Palata bəyan edir ki, Ukraynaya qarşı qanunsuz Rusiya işğalının davam etməsi Rusiya Federasiyası əleyhinə əlavə, daha sərt sanksiyaların tətbiqi üçün əsasdır”.
Konqresmenlər hesab edir ki, Nümayəndələr Palatası ABŞ hökumətindən Ukraynaya hərbi yardım göstərməyi tələb etməlidir: “ABŞ hökumətinə və digər NATO dövlətlərinə Rusiya təcavüzü ilə mübarizədə Ukraynaya fəal hərbi yardım göstərilməsi üçün müraciət edirik”.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Nümayəndələr Palatasına “Ukraynaya Dəstək Aktı” adlı əhatəli qanun layihəsi təqdim olunub. Bu layihədə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların qanunlaşdırılması və Ukraynaya maliyyə və hərbi dəstəyin göstərilməsi əksini tapıb. Konqresin yuxarı palatası – Senata da Rusiya əleyhinə respublikaçılar və demokratların həmmüəllifliyi ilə qanun layihələri təqdim olunub.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə