Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xarici jurnalistlər Cocuq Mərcanlıda – FOTOLAR
Xarici jurnalistlər Cocuq Mərcanlıda – FOTOLAR
07 Fevral 2017 / 13:10 / Baxış sayı: 1000
Font1 Font2 Font3 Font4

Azərbaycanda akkreditə olunmuş bir qrup xarici jurnalistin fevralın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. 

Səfərdə “Associated Press”, “Reuters”, “RİA Novosti”, “İnterfax”, “Sputnik”, “Anadolu”, “İhlas”, EFE agentlikləri, TRT telekanalı, İranın Azərbaycanda fəaliyyət göstərən media qurumları və digər KİV orqanlarının əməkdaşları iştirak edir. 

Səfər xarici jurnalistlərə Cəbrayılın Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, eləcə də onları Prezidentin Sərəncamı ilə kəndin bərpası və məcburi köçkünlərin buraya qayıdışı istiqamətində görülən işlər barədə məlumatlandırmaqdır.

KİV nümayəndələrinin Cocuq Mərcanlıya səfəri Xarici İşlər Nazirliyi və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə