Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyada ən kiçik kardiostimulyator implantasiya olundu – FOTO
Dünyada ən kiçik kardiostimulyator implantasiya olundu – FOTO
07 Fevral 2017 / 13:15 / Baxış sayı: 728
Font1 Font2 Font3 Font4

Amerika alimləri insana dünyada ən kiçik kardiostimulyatoru müvəffəqiyyətlə implantasiya ediblər. arxiv.bizimxeber.az xəbər verir ki, iri vitamin həbindən böyük olmayan qurğu (standart stimulyator ölçüsünün ondabiri boyda) ürək ritminin yavaşıması ilə xarakterizə olunan bradikardiyalı pasiyentlər üçün nəzərdə tutulub.

“Mikrotranskateterli qıcıqlandırıcı sistem” (MQS) adlanan stimulyator hazırda bazarda ən mükəmməl kardiostimulyator sayılır.

Kiçik ölçüsü və düşünülmüş sistemi sayəsində səmərəli işləyən bu qurğu implantasiya əməliyyatlarını sürətlə və rahat həyata keçirməyə imkan verir. İmplantasiya düz ürəyə gedən kateter vasitəsilə həyata keçirilir, yəni dəri altına heç bir qurğu yerləşdirilmir.

Yeni qurğu pasiyentin fəallığından asılı olaraq, stimulyasiyanı avtomatik kökləməyə imkan verir. Qurğunun daha bir üstünlüyü budur ki, onun batareyası 10 il ərzində əvəzsiz işləyə bilər. İnsanın hər hansı digər kardioloji qurğuya ehtiyacı olanda, sistem sönür və yeni qurğunun müvəffəqiyyətlə implantasiya olunmasına şərait yaradır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə