Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cavid Qurbanovun “Vişnovka”da villaları, milyonluq maşınları haqda şok təfsilat 
Cavid Qurbanovun “Vişnovka”da villaları, milyonluq maşınları haqda şok təfsilat 
07 Fevral 2017 / 13:50 / Baxış sayı: 3278
Font1 Font2 Font3 Font4

“Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanovun “Albalı bağları” massivində möhtəşəm villası var 

Bu haqda Politika.Az-a bağ evi olanlardan biri məlumat verib. Onun sözlərinə görə, baş dəmiryolçunun villasının həyətində maşın kolleksiyası var.  

Deputatın imarətinin yanında oğlunun da dəbdəbəli malikanəsi ucaldılıb. Həmin sarayın həyəti də maşın kolleksiyasıdır. C.Qubanovun oğlunun avtomobil həvəskarı olduğu bildirilir.

Mənbə qeyd edir ki, QSC sədri və oğlu həftə sonu “Vişnovka” massivinə gəlir. Onların qışda həftə sonu, yayda isə tez-tez villalarına baş çəkdiyi xəbər verilir. Oliqarx məmur həyatı yaşayan C.Qurbanovun şəhərin Binəqədi ərazisində də obyekti olduğu və insanların ora istirahətə getdiyi bildirilir.

Ümumiyyətlə, “Azəryolservis” ASC-yə rəhbərlik etdiyi dövrdən milyonlara sahiblənmiş deputat indi hakimiyyətdə dayaqlarını möhkəmləndirib. Hətta nəqliyyat naziri Ziya Məmmədovu da üstələyib.

Qaynağımız qeyd edir ki, C.Qurbanov “Albalı massivi”ni çox sevir və vaxtaşırı ailəsi ilə istirahətə gəlir. Ancaq bahalı villanı və maşınları dövlət məmuru kimi maaşı ilə alması inandırıcı görünmür.

QSC rəhbəri son illərdə iqtidarda karyera yüksəlişinə nail olub. Bunun da gerçək səbəbləri var. Lakin deməliyik ki, C.Qurbanov mərhum prezident Heydər Əliyevin dönəmində işindən xaric edilib.

Sən demə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş. Bu barədə prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir:

“Cavid Qəmbər oğlu Qurbanov (fərman haqqında ətraflı burada) işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin”.

Amma sonradan Cavid Qurbanov öz karyerasını yenə də dövlət strukturlarında yüksək vəzifələrdə davam etdirib.  O prezidentin həmin fərmanından sonra da 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifələrində çalışıb.

2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. Sonra isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə