Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İtkin düşən yol polisi işdən çıxarıldı
İtkin düşən yol polisi işdən çıxarıldı
07 Fevral 2017 / 14:35 / Baxış sayı: 776
Font1 Font2 Font3 Font4
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib.
arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq BŞBPİDYPİ-dən məlumat verilib.
Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb. O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.
Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş “90-YP-460” dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə