Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Əli Abbasovla Elnur Aslanov o halda YAP-dan çıxarıla bilər ki…” – deputatdan eksklüziv
“Əli Abbasovla Elnur Aslanov o halda YAP-dan çıxarıla bilər ki…” – deputatdan eksklüziv
07 Fevral 2017 / 16:10 / Baxış sayı: 886
Font1 Font2 Font3 Font4

“Hər iki şəxs sadəcə olaraq vəzifədan götürüldükləri üçün qurultay hələki gözlənilmir”

Bunu Politika.Az-a YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə PA-nın sabiq şöbə müdiri Elnur Aslanov və keçmiş rabitə naziri Əli Abbasovun hakim partiyanın Siyasi Şura üzvü qalması haqda danışarkən bildirib.

Millət vəkilinin sözlərinə görə,YAP-da rəhbər orqanlar bir qayda olaraq qurultayda formalaşır: “Birincisi onlar heç biri cinayətdə ittiham edilməyiblər.

Digər tərəfdən o halda üzvlüydən çıxarıla bilər ki,cinayət məsuliyyətinə cəlb edilsin. Ona görə də onların təcili sürətdə Siyasi Şuradan çıxarılmasına ehtiyac yoxdur.

Mətbuatda müəyyən yazılar gedir,ancaq rəsmi olaraq cinayətdə ittiham edilməyiblər. Onların hər hansı işi üzrə istintaq işi aparılmır və məhkəmə qərarı yoxdur”.

FƏTÖ şəbəkəsinin lideri Fərullah Gülənə “hocam” xitabı ilə yazılmış məktubu üzə çıxdıqdan sonra E.Aslanov PA-dakı vəzifəsini itirib. Sabiq rabitə naziri isə məlum MTN işinə görə vəzifəsindən kənarlaşdırıldı. O, istintaqa ifadəsində Eldar Mahmudovun əmrlərinə tabe olduğunu, ondan qorxduğunu, hər ay MTN şefinə “paket” verdiyini etiraf edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə