Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Dedi ki, bir də “mal” vursam, özümü asacam, 4 ay sonra asdı” – VİDEO – FOTO
“Dedi ki, bir də “mal” vursam, özümü asacam, 4 ay sonra asdı” – VİDEO – FOTO
07 Fevral 2017 / 23:15 / Baxış sayı: 1002
Font1 Font2 Font3 Font4

Dözə bilmirdi, gecə 5-10 minlik qızılını gətirirdi, 100 manatlıq mal verirdim.

arxiv.bizimxeber.az xəbər verir ki, ARB TV-nin “Rezonans” verilişində bu dəfə narkotik alverçisi olan məhbus həyat hekayəsini danışıb.

Narkotik alverçisi (11 il): “Əvvəllər nəşə çəkirdim. Sonra elə bir ətrafa düşdüm ki, hamı narkoman idi. Məhəllədə idim, 17-18 yaşım var idi. 3 dost idik, onlardan biri narkomanlara qoşuldu. Arada nəşə çəkirdik, sonra “malvuranlara” qoşuldum. Bir dəfə getdim bunlara, gördüm ki, evdə oturub “mal” bişirirlər. Nəşənin olub-olmadığını soruşdum, dedilər ki, “mal” var, amma sənə olmaz, 2 nəfərlikdir. Fəxrlə onları aldadıb dedim ki, 4-5 dəfə vurmuşam. Ondan sonra pul verdim, gedib mənə də aldı. “Mal”ı vurdum, amma heç nə hiss etmədim və xoşuma gəlmədi. Heyfsləndim o pulu “mal”a verdiyim üçün. Üstündən 1-2 ay keçəndən sonra həmin bu dostumla rastlaşdım. Artıq bu, “lomka”daydı. Dedi ki, “mal” alaq, razılaşdım. Keçən dəfə tiryək götürmüşdük, bu dəfə heroin vurduq. Vurandan sonra yenə xoşuma gəlmədi. Sən demə, artıq mən “mal”a oturmuşam və hiss etmirəm. 3-4 gün dalbadal vurdum, hələ “lomka”nın nə olduğunu bilmirəm. Sonra gördüm ki, yorğun kimiyəm, anladım “lomka”da olduğumu”.

Daha sonra o, necə satıcı olmasından da söz açıb: “3 il “mal” vurdum, 1 ilini işləyib, 2 ili də müştərilərimdən. “Malvuranlıqdan” satıcılığa ona görə keçirsən ki, “lomka”ya düşməyəsən. “Lomka”dan elə qorxursan ki, heç valideynlərindən elə qorxmursan. Məsələn, 2 xəstə “malvuran” tanış olanda, əli satıcıya çatmayanda gedib onlardan pulu götürüb “mal”larını verirdim. Bu, yüngül versiya idi. Əvvəllər ofisiant işləyirdim, sonra işdən çıxdım, narkotik satıcılığına keçdim. İmkanlı adamları, pulu olan gəncləri seçirdim. Onları “mal”a otuzdurub özümə də qazanc götürürdüm. Ailəm 2 il sonra bildi ki, narkomanam. Evdən qaçdım, dedim, sağalaram, sonra gedərəm. Narkoman özü də istəyir ki, “mal” vurmasın. Hamıdan çox özü istəyir, amma dayana bilmir. Satıcı istəyir ki, çox xəstəsi olsun, çox pul gəlsin. Eləsi olur ki, asılı olur, əvvəl puluyla alır, sonra gecənin bir yarısı pul olmurdu, 5-10 minlik qızılını gətirirdi, 100 manatlıq “mal” verirdim, gedirdi. Amma səhəri gözləsə, o qızılı satıb çox “mal” ala bilərdi. Dözə bilmir. 37 yaşlı müştərim vardı, məndən “mal” alırdı. Sonra tutuldu. Həbsdə olanda dedi ki, bir də “mal” vursam, asaram özümü. Sonra bu, həbsdən çıxdı. Üstündən 4 ay keçmişdi ki, onun qardaşı ilə məhəllədə oturmuşduq. Qardaşına zəng gəldi ki, oğlan özünü asıb. Azadlıqdan çıxandan sonra ətrafımı dəyişəcəm. Narkomanlığa qayıtmayacam. Özümə iş tapacam. Daha narkotikə yox deyəcəm!”

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə