Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yerə komet yaxınlaşır
Yerə komet yaxınlaşır
07 Fevral 2017 / 17:10 / Baxış sayı: 820
Font1 Font2 Font3 Font4
“45P/Honda-Mrkos-Pajdusakova” (qısa olaraq – 45P) adlanan kiçik komet Yerə yaxınlaşır.  
APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, fevralın 11-də komet Yerə ən yaxın məsafədə olacaq (11,909,145.6 km) və hava şəraitindən asılı olaraq binokl və kiçik teleskoplar vasitəsilə müşahidə edilə biləcək. O deyib ki, Günəş radiasiyası kometin buzlu nüvəsini qızdırdıqca, parıltılı qaz şırnaqları kometin yaşıl atmosferinə püskürülür: “Kometin buxarlanan nüvəsi (“başı”) diatomik karbon (C2) şüalandırdığından, onun atmosferi də yaşıl rəngdə görünür. Kiçik Planetlər Mərkəzinin məlumatına əsasən 1950-ci illərdən bəri ilk dəfə, müasir texnologiyaların müşahidələrdə istifadə olunduğu erada bu, hər hansı bir kometin Yerə səkkizinci ən böyük yaxınlaşmasıdır. Bu isə Yerlə Ay arasındakı məsafədən təqribən 31 dəfə uzaqdır”.
Direktor müavini əlavə edib ki, kiçik ölçüsünə baxmayaraq, yaxından keçməsi kometin daha parlaq görünməsinə səbəb olur: “Hesab olunur ki, bu həftənin sonunda, dan yeri sökülməzdən qabaq, 45P kometi səmada adi gözlə görünə biləcək (6-cı maqnitudlu) parlaqlığa malik olacaq. Onu müşahidə etmək üçün ən əlverişli vaxt fevralın 9-dan 12-dək Günəş çıxmazdan əvvəl alaqaranlıq saatlardır. Komet səmanın şərq hissəsində Herkules bürcünün qarşısından “üzüb” keçəcək, həvəskar və peşəkar astronomlar üçün şəkillər çəkmək fürsəti yaranacaq”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə