Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaraçuxurda məcburi köçkünlər sayğaclaşmaya etiraz edirlər – VİDEO
Qaraçuxurda məcburi köçkünlər sayğaclaşmaya etiraz edirlər – VİDEO
07 Fevral 2017 / 17:31 / Baxış sayı: 1962
Font1 Font2 Font3 Font4

Bakının Qaraçuxur qəsəbəsində məskunlaşmış məcburi köçkünlər yaşadıqları binaya elektrik sayğaclarının qoşulmasına etiraz edirlər. 

Sakinlərin dediklərinə görə, binaya qaz verilmədiyi üçün evləri elektriklə işləyən cihazlarla isidə bilirlər.
Dövlət tərəfindən məcburi köçkünlərə verilən 36 manat isə kommunal xərci ödəməyə bəs eləmir.
“Biz Zəngilan qaçqınıyıq, evimizi-eşiyimizi qoyub gəlmişik, dövlətimizi bizə baxır deyirdik. İndi mən işıq pulunu, su pulunu necə ödəyim? İşləyənimiz də yoxdur. Evdə körpə uşaqlar var, balalarımız qırılsın soyuqdan? Özüm xəstə, yoldaşım xəstə, dərman almağa pul tapa bilmirəm. 42 manatlıq dərman yazıblar, mən onu ala bilmirəm”, – deyə bina sakinlərində biri bildirib.
Binada məskunlaşmış digər bir məcbur köçkün isə dövlət qurumlarına səslənərək qəzalı vəziyyətdə olan binanın təmir edilməsini, ya da binaya qazın verilməsini tələb edib:”Dəfərlə Qaçqınkoma da, rayon rəhbərliyinə də binaya qazın verilməsi üçün müraciət etmişik. Elektrik enerjisi ilə bu camat qızına bilmir, ayda 300  manat işıq pulu gəlir. Erməni kilsələrinə pulsuz qaz verənlər bizə də qaz versinlər.
Yarımçıq binadır, az qala başımıza uçur. İstənilən deputat, məmur gəlsin 1 saat otursun evdə, görüm qala bilirmi? Binanın altında elektrik xətləri suyun içindən gedir, camaat qorxudan uşağını həyət buraxa bilmir.
Əgər dedikləri kimi bina qəzalı vəziyyətdədirsə bizi köçürsünlər, ya da qazımızı versinlər. Biz demirik ki, pul ödəmirik. Bina qəzalıdı deyə qaz çəkmirlər ama işıq sayğacı qoyurlar”.
Binada məskunlaşmış digər məcburi köçkünlər də vəziyyətdən şikayətçi olduqlarını bildiriblər: “Oğlumu, ərimi Qarabağ yolunda şəhid vermişəm, indi soyuqdan çənəm titrəyir. Bizə qaz versinlər evimizi isidə bilək. Burda yaşlı var, körpə var, xəstə var, bəs biz necə edək? 24 ildi biz burda qırılırıq”.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə