Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Somali” batalyonun Givisi öldürüldü- FOTO
“Somali” batalyonun Givisi öldürüldü- FOTO
08 Fevral 2017 / 10:45 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4

Ukraynanın Donetsk vilayətindəki separatçıların ən məşhur komandirlərindən biri, “Givi” kimi tanınan Mixail Sergeyeviç Tolstıx terror taktı nəticəsində həlak olub.

Milli.Az bildirir ki, bu barədə qondarma “Donetsk Xalq Respublikası”nın “Müdafiə Nazirliyi” məlumat yayıb.

“Somali” alayının komandiri, polkovnik Mixail Tolstıx bu gün səhər saatlarında, yerli vaxtla 06.12-də partlayış nəticəsində həlak olub. Separatçılar partlayışın Ukraynanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını və reallaşdırıldığını bəyan ediblər.

37 yaşlı Mixail Sergeyeviç Tolstıx 2016-cı ilin sentyabrında polkovnik rütbəsi almışdı. Onun başçılıq etdiyi “Somali” alayı İlovaysk şəhərinin işğalında xüsusi qəddarlığı və amansızlığı ilə seçilmişdi.

“Givi” əsir düşmüş ukraynalı hərbçilərlə qəddarcasına davranmağı, onlara işgəncələr verməyi, gülləməyi ilə ad çıxarmışdı.

arxiv.bizimxeber.az

Separatçıların məşhur komandiri öldürüldü: Givi artıq yoxdur - FOTO

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə