Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhidin adına olan bulağa yol çirkab suların üzərindən keçir – İsmayıllıda…
Şəhidin adına olan bulağa yol çirkab suların üzərindən keçir – İsmayıllıda…
08 Fevral 2017 / 11:11 / Baxış sayı: 968
Font1 Font2 Font3 Font4

İsmayıllı rayonunun Mican adlanan ərazisində Qarabağ müharibəsinin şəhidi, əslən Mican kəndindən olan Rüstəmov Cəlal Əbdülhəkim oğlunun xatirə abidəsinin önündən çirkab suları keçir.

arxiv.bizimxeber.az kend.inf saytına istinadən xəbər verir ki, icra başçısı Mirdaməd Sadıqovun bundan xəbəri olsa da, tədbir görmür. 

mirdamet

Çünki bir il bundan əvvəl həmin vəziyyət KİV-də işıqlandırılmış və icra başçısına müraciət olunaraq, xahiş edilmişdir ki, bu hal aradan qaldırılsın. Bu vəziyyətə gündəlik tamaşa edən gənc nəsil böyüyür. Onlar vətən şəhidinə qoyulan hörmətə daha həssas və açıq gözlə baxmağı bacarırlar.

Baxmayaraq ki, Mirdaməd Sadıqov bütün görüşlərində ağız dolusu “mən İsmayıllıya xidmət etmək üçün gəlmişəm” deyir. Ancaq realda görünən budur ki, şəhidin abidəsinə hörmətsilik edilir və heç kim narahat görünmür.

Biz baş verənləri üzdə olanları ictimaiyyət üçün təqdim edirik. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən vətən şəhidinə, İsmayıllıda qoyulan hörmət bundan ibarətdir. İsmayıllıda şəhidin xatirə abidəsinin önündən keçən üfunətli kanalizasiya sularına tamağa edən. Nə qədər acı olsa da bu bir reallıqdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə