Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

NİİM çökür- Qurumun tabeliyindəki sistemlər işləmir – SƏBƏB
NİİM çökür- Qurumun tabeliyindəki sistemlər işləmir – SƏBƏB
08 Fevral 2017 / 11:31 / Baxış sayı: 678
Font1 Font2 Font3 Font4

Bir neçə ay sonra baş tutacaq İslam Həmrəyliyi Oyunlarına  hazırlıq mərhələsində nəqliyyat sisteminin effektiv idarə olunması da mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Bu baxımdan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) bu ərəfədəki fəaliyyəti aktualdır.  Məlumdur ki, Mərkəzlə bağlı ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı olub. Həmin müddətdən sonra Nəqliyyat Nazirlinin nəzdində fəaliyyət göstərən Mərkəz müntəzəm olaraq məlumatlandırma aparır, daynacaqlarda, yollarda monitorlar quraşdırıb, avtobusların hərəkəti ilə bağlı naviqasiya sistemi qurmuşdu.

Ötən il isə Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldıqdan sonra NİİM bu qurumun tabeçiliyinə verilib. Bundan sonra isə NİİM Bakı nəqliyyatını iflicdən qurtarmaq əvəzinə, əksinə özü də iflic vəziyyətinə düşüb.  Belə ki, NİİM-in dayanacaqlarda quraşdırdıqları monitorlarda artıq məlumatlar yenilənmir. Əldə etdiyimiz məlumata görə isə NİİM-in bütün avtobuslarda quraşdırdığı naviqasiya sistemi və sistemdə işləyən SİM kartların xidməti  ödənişi bir neçə aydır işləri həyata keçirən şirkətə ödənmir. Şirkət isə bunun müqabilində çıxılmaz vəziyyətdə qalıb və mobil operatorlar qarşısındakı öhdəliyini yerinə yetirməkdə çətinlik çəkir.   Mərkəzdən adının çəkilməsini istəməyən şəxsin «7news.az» saytına verdiyi məlumata görə BNA rəhbəri Vüsal Kərimli bu kimi işləri həyata keçirmək üçün öz şirkətini yaradıb işləri ona həvalə etmək istəyir. Naviqasiya və SİM kartlar üçün  aylıq müəyyən miqdar xidmət haqqı ödənildiyini deyən qurum əməkdaşı əlavə edib ki, bununla yanaşı BNA və NİİM-də Kərimli bütün ödənişləri öz yaxınlarına «paylamaq» üçün V.Kərimli yaxın adamlarına şirkətlər qurdurur.  Bütün bunlar bir tərəfə, nəticədə isə əziyyəti sərnişinlər çəkir. Belə ki, paytaxt nəqliyyatından istifadə edən sərnişinlər onların marşrutunun dayanacaqda nə vaxt olacağı məlumatını ala bilmirlər.  Bu isə nəqliyyatın intellektual idarəetməsinin sadəcə pafoslu addan ibarət olduğunu, əslində isə vəziyyətin getdikcə daha da bərbad hala gəldiyini göstərir.  Nəqliyyat sistemi ilə əlaqəli məsələlərin tənzimlənməsində daha çox «ənənəvi» metodlara üstünlük verildiyi müşahidə olunur və bu sahədə problemlər qalır. Yəni, BNA-da baş daha çox hansısa  marşurtların ləğvi və yenidən «satılmasına» qarışılıb. Bununla belə gündəlik rastlaşdığımız müşahidələr göstərir ki, bu sahədə problemlər durmadan artır. Parklamanın idarə edilməsi, işıqforların nəqliyyat axınına uyğun idarəsi, avtobus sürücülərinin təhlükəli hərəkətləri, yollardakı və dayanacaqdakı monitorların işləməməsi, xüsusən də tıxacların idarəolunması məsələləri problem olaraq qalır. Həm də, bu informasiya sisteminin effektiv və çevik faəliyyəti ümumiyyətlə müşahidə olunmur.  Həmçinin 3 il öncə “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi” ilə bağlı Nazirlər Kabineti qərar qəbul etmişdi və icrası da bu Mərkəzə tapşırılmışdı. İndi bu SMS sistemdən bir xəbər yoxdur.

Mərkəzin internet resurslarının interaktivliyi yoxdur, yenilənmə mütəmadi aparılmır, faydalılığı yox səviyyəsindədir.  Ötən müddət ərzində bu sistem ölkədə nəqliyyat problemlərinin həllinə xeyli töhfələr verə bilərdi. Təəssüf ki, hələlik bunu görə bilmirik və qurum rəhbərliyi paytaxt nəqliyyatına «yağlı tikə» gözü ilə baxır. Gələcəkdə isə bu informasiya sistemindən, bütövlükdə infrastrukturdan daha effektiv istifadə məsələsinin yenidən nəzərdən keçirilməsi, NİİM-in statusuna yenidən baxılması faydalı olardı.  Fotolardan isə dövlətin milyonları hesabına başa gələn dayanacaqlardakı monitorların vəziyyəti ilə əyani tanış ola bilərsiniz. Bərbad vəziyyətdə, nəqliyyat monitorundan çox isə reklam monitoru funksiyasında… Reklamı gedən «Ideal» mağazasında isə BNA rəhbəri Vüsal Kərimlinin şərikliyi olduğunu mətbuat dəfələrlə yazıb.




arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə