Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda SİQARET QITLIĞI: firmalar satışı dayandırıb
Azərbaycanda SİQARET QITLIĞI: firmalar satışı dayandırıb
08 Fevral 2017 / 11:53 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4

Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb. Bu barədə Lent.az-a siqaret satışı ilə məşğul olan bir neçə kiçik sahibkar məlumat verib. Sahibkarların sözlərinə görə, siqaretlərin nəğdsiz satışına keçildikdən sonra firmalar topdansatışı demək olar ki, məhdudlaşdırıb.

Bu barədə redaksiyamıza məlumat verən sahibkarın sözlərinə görə, siqaretin nəğd satışı dayandırıldıqdan sonra hesabına pul köçürüb firmalardan siqaret istəsə də, ona bildirilib ki, siqaret yoxdur, satış dayandırılıb: “Mən şəxsən 25 min manat pul ödəmişəm. Tanış sahibkarlar var ki, onlar hesablarına 50 min manata yaxın pul köçürüblər. Bununla belə, firmalar heç kimə siqaret vermir”.

Əldə etdiyimiz məlumata görə, topdansatış firmaları artıq bir aya yaxındır ki, xırda sahibkarları siqaretlə təmin etmir. Sahibkarlar məcbur qalıb, müxtəlif yollarla “qara bazaar”dan siqaret alırlar.

Bakının mərkəzində fəaliyyət göstərən kiosklarda satıcılardan əldə edilən məlumatda isə bildirilir ki, siqaret satışı ilə əsasən 3 firma məşğul olur. Bunlar “Kent”, “West” və “Winston” şirkətləridir. Adıçəkilən firmaların heç biri isə qeyri-rəsmi olaraq siqaret satışını dayandırdıqlarını bildirib: “Qara bazar”da siqaret satanlar isə konkret qiymət təklfi etmir, kim neçəyə istəyir, o qiymətə satır” – deyə sahibkar qeyd edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə