Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident Milli Qəhrəmanın ailəsi ilə görüşəcək
Prezident Milli Qəhrəmanın ailəsi ilə görüşəcək
08 Fevral 2017 / 12:02 / Baxış sayı: 832
Font1 Font2 Font3 Font4

Bu barədə Milli Qəhrəman Çingiz Qurbanovun atası İstiPress-ə məlumat verib

Azərbaycanın sonuncu Milli Qəhrəmanı Çingiz Qurbanovun layiq görüldüyü  (ölümündən sonra)  “Azərbaycanın Milli Qəhrəmanı” medalını sabah Ali Baş Komandan İlham Əliyevin şəhidin  ailə üzvlərinə şəxsən təqdim edəcəyi gözlənilir.

İstiPress-in Şimal bürosunun məlumatına görə, bu barədə qəhrəmanın atası Salman Qurbanov məlumat verib. Hal-hazırda şəhidin yas mərasimi keçirilir və onlar mərasimdən sonra Bakıya yola düşəcəklər.

Azərbaycan prezidenti İlham Əliyev ötən gün Çingiz Salman oğıu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. O, bu ada  Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə layiq görülüb.

Qeyd edək ki, Ç. Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Ç. Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə