Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bordo Bereliler” İŞİD-ə gecə şoku yaşatdı
“Bordo Bereliler” İŞİD-ə gecə şoku yaşatdı
08 Fevral 2017 / 12:06 / Baxış sayı: 878
Font1 Font2 Font3 Font4

Tüürkiyə xüsusi təyinalıları Əl-Bab şəhərinin mərkəzinə qədər gedib çıxıb.

Türkiyə xüsusi təyinatlı qüvvələri (Bordo bereliler) Azad Suriya Ordusu ilə dükabr ayından bu yana mühasirədə olan Suriyanın Əl-Bab şəhərinə girib.

İstiPress-in məlumatına görə, Türkiyə KİV-də yayılan xəbərlərdə bildirilir ki, Bordo bereliler şəhərdəki strateji yüksəklikləri ələ keçiriblər.

Məlumata görə, şimal və qərbdən hücuma keçən xüsusi təyinatlılar şəhərin mərkəzinə qədər irəliləyibər. Gecə saatlarında şəhərin mərkəzi küçələrində şiddətli döyüşlər gedib.

Bununla yanaşı, Türkiyə Hərbi hava qüvvələrinin qırıcıları və pilotsuz uan aparatları İŞİD terrorçu qruplaşmasının mövqelərini bombardman edib.

“Haber7” saytının məlumatına görə, bölgəyə dəstək üçün əlavə hərbi qüvvələr göndərilib.

Ötən gün Əl-Babın şərqindəki Bizaa qəsəbəsi terrorçu qruplaşmadan təmizlənmişdi. Döyüşlərin baş verdiyi küçələrdə bomba yüklü maşınlar partladılıb.

“Al Jazeera” telekanalı məlumat yayıb ki, Suriya ordusu Əl-Bab şəhərindən 7 kilometr uzaqlıqdadır.

Ötəni il avqust ayının 24-də Türkiyə Silahlı Qüvvələri Suriyada terrorçu qruplaşmalara qarşı “Fərat qalxanı” əməliyyatlarına başlayıb. Əvvəl Türkiyə sərhədindəki Azez-Cerablus istiqamətindəki torpaqlar İŞİD terrorçularından təmizlənib. Daha sonra Türkiyə ordusu cənuba tərəf irəliləməyə başlayıb.

Əl-Bab şəhərində müharibədən əvvəl 64 min insan yaşayırdı. Hazırda İŞİD on minlərlə insanı canlı qalxan kimi girov saxlayır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə